Dünya

SEPAH tərəfindən qaçırılan ABŞ-a məxsus pilotsuz kater saatlarla təqibdən sonra azad edildi – FOTO/VİDEO

Sharing is caring!

İİR İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Fars körfəzində ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasının “Saildrone Explorer” adlı pilotsuz gəmisini qaçırmağa cəhd edib.

Bu barədə ABŞ HHQ xəbər yayıb.

Məlumata görə, SEPAH-ın “Shahid Baziar” təchizat gəmisi ABŞ-a məxsus kateri yedəkləyərək sahilə doğru istiqamət alıb. Dərhal Beşinci Donanmanın (ABŞ) “Thunderbolt” patrul gəmisi və “MH-60S Sea Hawk” helikopteri katerin geri alınması üçün əməliyyata cəlb olunub. Dörd saatlıq təqibdən sonra iranlılar yedəkləmə trosunu açıb, beləliklə “Saildrone Explorer” geri alınıb.

Qeyd edək ki, “Saildrone Explorer” günəşlə işləyən və dəniz trafikinə nəzarət etmək üçün avadanlıqla təchiz edilmiş pilotsuz yelkənli katerdir. ABŞ Hərbi Dəniz Qüvvələri bildirib ki, pilotsuzun oğurlanması zamanı göyərtədə heç bir məxfi məlumat olmayıb.

Mənbə: The Drive

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir