Cəmiyyət

Badamdar sakinlərindən ŞİKAYƏT: “Borularımızı dəyişdilər, yollarımız bərbad hala düşdü” – AÇIQLAMA + FOTO

Sharing is caring!


Paytaxtəm Səbail rayonunun Badamdar qəsəbəsinin sakinləri yol problemi ilə üzləşdiklərini bildirirlər.

Bu barədə qəsəbə sakinləri Oxu.Az-ın redaksiyasına şikayət ünvanlayıb.

Sakinlər qəsəbə ərazisində vəziyyətin acınacaqlı olduğunu qeyd ediblər:

“Badamdar qəsəbəsi massiv 3-də “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən boru dəyişmə işləri keçirilib. Bu işlərin nəticəsində yollarımız istifadəyə yararsız hala düşüb. Əsasən 50 və 52 saylı küçələrin vəziyyəti acınacaqlıdır.

Qış aylarında uşaqlarımız məktəbə gedəndə palçıqlı yollardan keçməli olurlar. Dərslərə palçığa batmış paltar və ayaqqabı ilə gedirlər. Bu vəziyyət artıq 5 aydır ki, yaşanır”.

Məsələni araşdırmaq üçün “Azərsu” ASC-yə sorğu ünvanladıq.

“Azərsu” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllı  Oxu.Az-ın sorğusuna cavab olaraq  bildirib ki, həmin ərazidə podratçılar işləyiblər:

“Asfalt çəkmək üçün havanın normallaşmasını gözləyirlər. İş keyfiyyətli olsun deyə yer qurumalıdır. İndi asfalt çəkmək mümkün deyil. Yalnız torpaq quruduqdan sonra asfalt çəkilə bilər. Havalar imkan versə, gələn həftədən asfalt çəkilişinə başlanacaq”.

Həmin fotoları təqdim edirik:

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir