Cəmiyyət

Bakının marşrut xəttinə daha bir elektrik mühərrikli avtobus buraxılıb – VİDEO

Sharing is caring!


Bakının marşrut xəttinə daha bir elektrik mühərrikli avtobus buraxılıb.

Oxu.Az xəbər verir ki, bu barədə “BakuBus”ın İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Əsmər Əliyeva məlumat yayıb.

“Elektrik avtobusu hazırda “BakuBus”ın istismarında olan 11 nömrəli marşrut xəttində, İ.Əbilov – Dəmiryol vağzalı istiqamətində fəaliyyət göstərir”, – qeyd edilib.

İlk belə avtobus sentyabrda “20-ci sahə” – “Nəriman Nərimanov” metro stansiyası istiqamətini əhatə edən 5 nömrəli marşrut xətti üzrə hərəkət edib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir