Cəmiyyət

Gəncədə qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub – YENİLƏNİB

Sharing is caring!


Gəncədə qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, Gəncə şəhər sakini, 1987-ci il təvəllüdlü Vasif Həsənovun kəsici-deşici alətlə xəsarət yetirilərək qətlə yetirilməsi ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsinə məlumat daxil olub.

Polis və prokurorluq əməkdaşları dərhal hadisə yerinə gələrək müvafiq araşdırmalar həyata keçirib. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən, 1996-cı il təvəllüdlü Yaqub Həsənov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir

23:16

Gəncədə qətl hadisəsi baş verib.

Oxu.Az-ın məlumatına görə, şəhər sakini 1987-ci il təvəllüldü Vasif Həsənov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Həkimlərin tibbi müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir