Cəmiyyət

Serebral iflicdən əziyyət çəkən 14 yaşlı Mirəlinin əlillik müraciəti ilə bağlı AÇIQLAMA – FOTO

Sharing is caring!


Bir neçə gün öncə Cəlilabad rayon sakini Saməddin Məmmədov sosial şəbəkə hesabında serebral iflic xəstəsi olan nəvəsi ilə bağlı paylaşım edib.

“Qafqazinfo”nun məlumatına görə, vətəndaş iddia edib ki, 14 yaşlı nəvəsi Mirəli Ağaşovun əlilliklə bağlı müraciətlərinə imtina verilib. Daha sonra baba sözügedən videonu silib və qeyd edib ki, şikayəti ilə bağlı anlaşılmazlıq olub. Belə ki, o, serebral iflicdən əziyyət çəkən nəvəsinə 2-ci qrup kimi deyil, 1-ci qrup kimi əlillik verilməsi məqsədilə müraciət etdiyini bildirib.

Məsələ ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə sorğu ünvanlanıb. Qurumun İctimaiyyətlə Əlaqələr və daxili kommunikasiya şöbəsinin müdiri Tural Qurbanov sorğuya belə cavab verib:

“Sosial şəbəkə hesabında özünü bloqer kimi təqdim və reklam edən şəxs növbəti dəfə yalan və böhtan yayaraq insanlarda yanlış rəy yaratmağa cəhd edir.

Paylaşdığı videodakı uşaq – Cəlilabad rayon sakini, 2010-cu il təvəllüdlü Mirəli Rəşad oğlu Ağaşova hələ 2013-cü ildən “Uşaq serebral iflici” diaqnozu ilə əlillik təyin edilib. Hazırda da müddətsiz (ömürlük) əlilliyi və əlilliyə görə də aylıq sosial ödənişlərlə təminatı davam edir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir