Cəmiyyət

Vüsal Murtuzəliyev: “Dilarə ağlayır, Oqtayı soruşur”

Sharing is caring!


“Dilarə Əliyeva hazırda şok vəziyyətindədir”.

“Report” xəbər verir ki, bunu Dilarə Əliyevanın qardaşı, aktyor Vüsal Murtuzəliyev deyib.

“Gəlmək istədi, həkimlər icazə vermədi. Ağlayır, Oqtayı soruşur. Sabaha kimi səhhəti yaxşılaşarsa, dəfndə iştirak edəcək”, – deyə o bildirib.

Qeyd edək ki, ötən gün axşam saatlarında Abşeron rayonu ərazisində O.Əliyevin idarə etdiyi “Lexus” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb.

Hadisə nəticəsində avtomobildə olan Xalq artisti Mehriban Zəki yaralanıb, əməkdar artist, tanınmış aktrisa Dilarə Əliyeva isə yüngül xəsarətlər alıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir