Cəmiyyət

Şəhidin qətlə yetirilən arvadının ailəsi fəryad etdi – VİDEO

Sharing is caring!


44 günlük Vətən müharibəsinin şəhidi Saleh Qurbanovun həyat yoldaşı Ləman Qurbanovanı qətlə yetirməkdə təqsirləndirilən şəhidin qardaşı Taleh Qurbanovun məhkəməsi keçirilib.

Proses Sumqayıt Ağır Cinayətlər Məhkəməsində qapalı formada keçirilib.

Ləman Qurbanovanın ailəsi təfərrüatı Baku TV-yə danışıb.

“Qızımın üstünə bıçaq çəkməsəydilər, Ləman o evdə qalacaqdı. Çünki o, şəhidinə hörmət qoyurdu. Qaynı balamı mal-mülkə görə boğub öldürdü”, – deyə L.Qurbanovanın anası Yeganə Məlikova bildirib.

L.Qurbanovanın xalası Firudə Rəşidovanın sözlərinə görə, Ləmanın qətli öncədən planlaşdırılıb:

“Ləmana telefon işlətməyə icazə vermirdilər. Bir ayın içində tələ qurmaq üçün ona telefon aldılar. “TikTok” yüklədiyini bəhanə edib onu öldürdülər”.

Məhkəmənin növbəti iclası fevralın 19-na təyin olunub.

Qeyd edək ki, hadisə 2023-cü il mayın 13-də Xızının Giləzi qəsəbəsində baş verib. Taleh Qurbanov şübhəli şəxs qismində saxlanılıb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir