Cəmiyyət

Acınacaqlı durumda olan məktəbin direktoru: “Şişirdiləcək, qabardılacaq bir problem yoxdur” – FOTO

Sharing is caring!


Neftçala rayonunun Mürsəqulu kəndi İlqar Səfərov adına tam orta məktəbində vəziyyət ağlamalı gündə olsa da, onu nə görən, nə də gününə ağlayan var. İllərdir ki, şagirdlər bu vəziyyətdə olan məktəbə, əgər adına məktəb demək olarsa, təhsil almağa gedirlər.

Oxu.Az-a müraciət edən şikayətçi bildirib ki, 11 illik bu məktəbdə sinif otaqlarını, adətən, odunla qızdırırlar. Son vaxtlar odun da yoxdur.

Məsələ ilə bağlı Mürsəqulu kənd İlqar Səfərov adına tam orta məktəbin direktoru Elton Manafovla telefon əlaqəsi saxladıq. Direktor Oxu.Az-a açıqlamasında bildirdi ki, məktəbdə elə də şişirdiləcək və qabardılacaq bir problem yoxdur.

“Bizim sinif otaqlarına siz Regional Təhsil İdarəsindən icazə alıb, gəlib baxa bilərsiniz. Bizim sinif otaqlarının istiliyində problem yoxdur. Bircə döşəməsindədir problem. Elə bir böyük problem yoxdur axı”.

“Yəni siz deyirsiniz ki, heç bir problem yoxdur. Düz anladım?” sualına cavabında isə direktor bildirib:

“Yox, problem var. Desəm, problem yoxdur, bu, mümkünatsız bir şeydir. Problemsiz iş yoxdur, problem var. Amma məsələn, elə şişirdiləcək, qabardılacaq bir problem yoxdur”.

Təhsil Nazirliyindən Oxu.Az-a bildirilib ki, məsələ ilə bağlı açıqlama veriləcək. 

Əzizə İsmayılova

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir