Cəmiyyət

Evləri yanan, iki övladı xəstə olan ana fəryad edir: “Müalicələri davam etdirməyə gücümüz yoxdur” – FOTO

Sharing is caring!


10 yaşlı Aminin sizin yardımınıza ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun anası Əfsanə Qarəhmədova məlumat verib.

O bildirib ki, övladı subglottik stenoz (nəfəs yolu darlığı) xəstəliyindən əziyyət çəkir.

“Övladımın yeddi yaşı olanda bu xəstəlikdən əziyyət çəkdiyini və bunun anadangəlmə olduğunu öyrəndik. İki dəfə ard-arda buna görə əməliyyat olundu. Əməliyyatlardan sonra müalicələrini bacardığımız qədər etsək də, hazırda buna imkanımız çatmır. Müalicə üçün 1 500 manata ehtiyacımız var”.

Əfsanə Qarəhmədova bildirib ki, bir neçə ay əvvəl onların evi yanıb.

“Mənim digər oğlum Ayxan da sizin saytınız və yardımsevər şəxslərin sayəsində əməliyyat olundu. Biz Türkiyədən qayıdan günün səhəri evimiz yandı. Heç bir əşyamızı çıxarmadan tək övladlarımızı götürüb qaça bildik. Evimiz tamamilə yanıb, kül olub. Hazırda qayınatamgildə yaşayırıq. İnanın, o qədər çətin vəziyyətdəyik ki, nə edəcəyimizi bilmirik. Yardımsevər şəxslərdən bu dəfə də bizə dəstək olmalarını xahiş edirəm. Bizi bu çətin vəziyyətdən çıxmağımıza kömək etməyiniz üçün sizə yalvarıram”.

Ailə ilə əlaqə: (055) 718-66-25.

Kapital Bank: 4169 7388 8471 4548.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir