Dünya

Məşhur turizm bölgəsində iki turist arasında siyasət üstündə dava düşdü: Biri digərinin qulağını kəsdi – FOTO

Sharing is caring!


İspaniyanın Malyorka adasında Britaniyadan olan iki turist siyasətlə bağlı mübahisə edib.

Nəticədə onlardan biri digərinin qulağını kəsib.

Hadisə Kala-Eqos çimərliyindəki oteldə baş verib. Sərxoş halda olan iki kişi siyasət və dünyadakı vəziyyətlə bağlı mübahisə edib. Onlardan biri ardınca əlindəki şüşə qırıqları ilə digərinə hücum edib.

Hadisə şahidləri polisə zəng ediblər. Lakin zərərçəkmiş çox sərxoş olduğu üçün ifadə verə bilməyib. Hadisə barədə onun həyat yoldaşı hüquq-mühafizə orqanlarına məlumat verib.

Tezliklə polis hücum edən şəxsi saxlayıb. Lakin o, cəzadan yayına bilib. O, pasportunu almaq və vətəninə qayıtmaq üçün girov ödəyib.

Mənbə: MK.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir