Cəmiyyət

Bakıda yaşayış kompleksində açılan pivəxana narazılıq yaratdı – FOTO

Sharing is caring!


Bakının Suraxanı rayonunda yerləşən kompleksin sakinləri binanın birinci mərtəbəsində fəaliyyət göstərən obyektdən narazıdırlar.

“Yeni Zığ” yaşayış kompleksinin sakinləri şikayətlərini Oxu.Az-ın redaksiyasına göndəriblər.

Sakinlər bildiriblər ki, ərazidə açılan pivəxanada gecə saatlarına qədər davam edən səs-küy onların evdə rahatlığına mane olur.

Onlar iddia ediblər ki, dəfələrlə həmin obyektin sahibinə şikayət etsələr də, heç bir tədbir görülmür:

“Pivəxananın havalandırma sisteminin səsi bizi narahat edir. Sərxoş müştərilərinin davranışları uşaqlarımızın tərbiyəsini pozur. Gecə saatlarında narkomanlar oraya gəlir, içir və küçədə tərbiyəsiz sözlər işlədirlər. Nəticədə biz uşaqlarımızı həyətə buraxa bilmirik. Yaşayış binasının altında ümumiyyətlə bu cür yerin açılması nə qədər düzgündür?”

Sakinlər əlavə ediblər ki, pivəxananın əsas yola baxan tərəfi də qanunsuz şəkildə bağlanıb.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir