Cəmiyyət

Bakıda qəza törədən sürücü sərnişini döyüb – FOTO

Sharing is caring!


Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı sürücü xəsarət alıb, sərnişin döyülüb.

APA xəbər verir ki, Bakının Sabunçu rayonunun Zabrat şosesində qeydə alınıb.

Üç minik avtomobilinin iştirakı ilə zəncirvari yol qəzası baş verib.

KIA markalı avtomobili idarə edən avtomobil təlimçisi qarşısına maneə çıxdığı üçün qəfil əyləcdən istifadə edib. Eyni istiqamətdə olan “Toyota”nın sürücüsü ara məsafəsini gözləyərək avtomobili saxlaya bilib. Ancaq “Land Rover” markalı nəqliyyat vasitəsi “Toyota”ya çırpılıb və zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. “Toyota”nın sürücüsü – 1964-cü il təvəllüdlü Firuzə Nadir qızı Həsənova xəsarət alıb. Həmin avtomobildə olan onun oğlu 1984-cü il təvəllüdlü Polad Məhəmməd oğlu Həsənov bundan hiddətlənərək “Land Rover”in sürücüsü ilə mübahisə edib. O, döyülərək xəsarət alıb. Hər iki şəxs Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları avtotexniki ekspertiza təyin ediblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir