Cəmiyyət

FHN zəlzələ ilə bağlı məlumat yaydı – YENİLƏNİB + FOTO

Sharing is caring!


Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, 19.01.2024-cü il tarixində yerli vaxtla saat 22:05-də Saatlı, Şirvan ərazisində 53 km dərinlikdə 5.1 maqnituda zəlzələ qeydə alınıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Zəlzələ Saatlı, Şirvan, Salyan, Sabirabad və bəzi ətraf ərazilərdə hiss olunub.

Zəlzələ nəticəsində hər hansı dağıntı və ya xəsarət barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.

22:14

Azərbaycanda 5,1 maqnitudalı zəlzələ olub.

Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Mərkəzin verdiyi məlumata əsasən, seysmoloji hadisə Bakı vaxtı ilə saat 22:05-də qeydə alınıb.

ABŞ-nin Geoloji Xidmətinin verilənlərinə görə, zəlzələnin ocağı Salyanın Qaraçala kəndi ərazisində, 50 km dərinlikdə yerləşib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir