Dünya

Hindistan Çinlə sərhədi yaxınlığında ABŞ ilə birgə təlim keçirəcək

Sharing is caring!

Hindistan və ABŞ noyabrın 15-dən dekabrın 2-dək Hindistanın Çinlə sərhədi yaxınlığında birgə batalyon manevrləri keçirəcək.

Bu barədə Hindistanın Müdafiə Nazirliyindəki mənbələrdən bildirilib.

“Yudh Abhyas” təlimləri Hindistanın şimalındakı Uttarxand ştatında, Çinlə nəzarət xəttindən 100 km aralıda dağlıq ərazilərdə keçiriləcək. Təlimlərdə birgə taktiki döyüş qruplarının tərkibində Hindistan və ABŞ ordularının 350 hərbi qulluqçusu iştirak edəcək.

Mənbələrə görə, Hindistan həmçinin Racastan ştatındakı Mahacan poliqonunda ilk dəfə olaraq Avstraliya ilə 28 noyabr-11 dekabr tarixlərində birgə hərbi təlimlər keçirəcək. İki ölkənin piyadaları yarımsəhra ərazisində birgə hərəkətləri məşq edəcəklər.

Mənbə: Times of India

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir