Cəmiyyət

Qarabağ və Şərqi Zəngəzurda TV yayımı ilə bağlı AÇIQLAMA

Sharing is caring!


“Qarabağ və Şərqi Zəngəzur bölgəsində yerüstü radio və televiziya yayımının əhatə zonasının genişləndirilməsi məqsədilə hesablamalar aparılıb, əhatə zonaları çıxarılıb”.

Bu barədə Audiovizual Şuranın illik hesabatında məlumat verilib.

Bildirilib ki, “Yuxarı Sus” (Laçın rayonu), “Balasoltanlı” (Qubadlı rayonu) radio-televiziya yayımı stansiyalarında (RTYS) açıq (ödənişsiz) rəqəmsal yerüstü televiziya yayımı həyata keçirmək üçün radiovericilərin gücü hesablanıb və istifadəyə yararlı boş olan TV yayım kanalları ayrılıb.

Bundan başqa, adı çəkilən RTYS-lərdə “Azərbaycan Radiosu”nun və “İctimai Radio”nun yayımının həyata keçirilməsi üçün istifadəyə yararlı boş radiotezliklər də müəyyən olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir