Dünya

İranın keçmiş prezidentini kim öldürüb? – VİDEO

Sharing is caring!


Yanvar ayı İran İslam Respublikasının tarixində ən önəmli siyasi fiqurlardan birinin – keçmiş prezident Əkbər Haşimi Rəfsəncaninin vəfat etdiyi aydır və hər il olduğu kimi, bu il də onun ölümünün ildönümü münasibətilə İranda anım mərasimləri keçirilib. Lakin bu ildönümləri bir qayda olaraq, təkcə mərasimlərlə deyil, Rəfsəncaninin şübhəli ölümünün detalları barədə müxtəlif qalmaqallı açıqlamalarla yadda qalır. Bu dəfə də belə olub: Rəfsəncaninin böyük qızı Fatimə Haşiminin ötən həftə nüfuzlu “Etimad” qəzetinə verdiyi müsahibədə  söylədiyi fikirlər, necə deyərlər, bomba kimi partlayıb və İran cəmiyyəti və mətbuatında hələ də səngiməyən qızğın müzakirələrə yol açıb.

Bu barədə “Azad İran” “YouTube” kanalında yayımlanan videosüjetdə deyilib.

Sözügedən müsahibədə Fatimə Haşimi ilk dəfə olaraq atasının öldürüləcəyi ilə bağlı qabaqcadan ona xəbərdarlıq edildiyini açıqlayıb. O bildirib ki, atasının ölümündən iki ay öncə 60 yaşlarında olan tanımadığı iki kişi onun işlədiyi Azad İslam Universitetinə gələrək Rəfsəncaninin həyatına təhlükə olduğunu çatdırıb. Fatimə Haşimi həmin söhbəti belə nəql edib:

“Dedilər ki, biz gəlmişik deyək ki, atanızı öldürmək istəyirlər. Həm də onu elə öldürəcəklər ki, siz özünüz də onun təbii ölümlə vəfat etdiyini düşünəcəksiniz. Soruşdum: “Mənim atamı niyə öldürməlidirlər?” Dedilər, çünki onlar Xameneidən sonrakı dövr üçün narahatdırlar”.

Fatimə Haşimi əlavə edib ki, o çox qorxub və elə həmin gün axşam söhbəti atasına çatdırıb. Rəfsəncani isə deyilənlərə bir fikir bildirməyərək, ona bu barədə heç kəsə, hətta anasına da bir söz söyləməməyi tapşırıb.

Daha ətraflı videosüjetdə:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir