Cəmiyyət

Bakıda FHN-in texnikası qəzaya uğrayıb: Xəsarət alanlar var – FOTO

Sharing is caring!


Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Hüseyn Seyidzadə küçəsində qeydə alınıb.

Belə ki, KIA markalı minik avtomobili əks istiqamətində hərəkətdə olan zaman sürücü qəfildən sükana nəzarəti itirib.

Nəticədə maşın qarşı yola keçərək FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin avtomobilinə çırpılıb.

Qəza nəticəsində minik maşınında olan 2 nəfər xəsarət alıb. Avtomobillərə ciddi ziyan dəyib. Hadisə yerinə polis və iki təcili yardım briqadası cəlb olunub. Yaralılara tibbi yardım göstərilib.

Hadisənin təfərrüatını Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir