Cəmiyyət

Əhliman Əmiraslanov: “Ana və uşaq ölümlərinin olmaması üçün görüləcək işlər gücləndirilməlidir”

Sharing is caring!


“Son illər Azərbaycanda ana və uşaq ölümlərinin sayında azalma olsa da, bu istiqamətdə müvafiq orqan və Milli Məclisin Səhiyyə komitəsinin qarşısında görüləcək işlər hələ çoxdur”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

O bildirib ki, bu sahədəki rəqəmlər MDB məkanı ilə müqayisədə aşağı olsa da, Avropa və dünyanın bəzi ölkələri ilə müqayisədə qaneedici deyil.

“Ona görə də, bu istiqamətdə görüləcək işlər gücləndirilməlidir”, – komitə sədri vurğulayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir