Cəmiyyət

Sərnişinlər avtobusda “açıq hava”da gedirlər – FOTO

Sharing is caring!


Sumqayıtda fəaliyyət göstərən 9 nömrəli marşrut xətti ilə bağlı vəziyyət acınacaqlıdır.

Jurnalist Əli Zülfüqaroğlunun sosial şəbəkə hesabında paylaşdığı fotodan görünür ki, həmin xətt üzrə işləyən avtobusun pəncərəsində şüşə yoxdur. Bunun əvəzinə pəncərəyə vurulan plyonka da yararsız hala düşüb. Nəticədə soyuq qış günlərində nəqliyyatdan istifadə edən vətəndaşlar, belə demək olarsa, avtobusda açıq havada hərəkət edirlər.

Məsələ ilə bağlı “Sumqayıt nəqliyyat” MMC-yə sorğu ünvanladıq. Qurumdan müraciətimizə belə cavab verildi:

“Qar yağan gün belə hal baş verib. Şüşə sifariş verilib, pəncərəyə taxılıb və problem aradan qaldırılıb”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir