Cəmiyyət

Elnarə Cavadova: “Himayəyə götürülən uşaqları sonradan övladlığa götürmək mümkündür”

Sharing is caring!


Himayəyə götürülən uşaqları sonradan övladlığa götürmək mümkündür.

“Report”un xəbərinə görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində Sosial Xidmətlər Agentliyinin Valideyn himayəsindən məhrum olmuş uşaqlarla iş departamentinin Qiymətləndirmə şöbəsinin müdiri Elnarə Cavadova “Sosial saat”da deyib.

O qeyd edib ki, valideynlər ən çox üç uşağı övladlığa götürə bilərlər:

“Burada istisna hal bacı və qardaşların sayıdır. Əgər bacı-qardaş çoxdursa və bir-birindən ayrılmaq istəmirlərsə, daha çox sayda uşağı eyni valideynlər himayəyə götürə bilərlər”.

E.Cavadova vurğulayıb ki, himayədar ailələrə də dəstək məqsədilə dövlət tərəfindən müavinətlər nəzərdə tutulub:

“Bu müavinətlər uşağın yaşına görə dəyişir. 0-6 yaş arası uşağı himayə edən ailələrə 355 manat, uşağın əlilliyi olduqda 395 manat müavinət verilir. 7-13 yaş arası uşağı himayə edən ailələrə 375 manat, uşağın əlilliyi olduqda 415 manat, 14-18 yaş arası uşağın himayədarı olan valideynlərə 395 manat, uşağın əlilliyi olduqda 435 manat məbləğində aylıq müavinətlər ödənilir. Bununla bərabər, əlavə olaraq himayədar ailələrə hər rübdə 200 manat məbləğində birdəfəlik dəstək ödənişi də edilir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir