Cəmiyyət

Abşeronda yük maşını taksinin üzərinə aşıb – FOTO

Sharing is caring!


Abşeron rayonu Masazır qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, qəza Masazır dairəsində qeydə alınıb.

Belə ki, dairədə MAN markalı yük avtomobilinin sürücüsü idarəetməni itirərək maşının qoşqusunu aşırıb. Həmin vaxt paralel hərəkətdə olan “Toyota” markalı taksi avtomobili qoşqunun altında qalıb.

Qəza nəticəsində “Toyota”nın sürücüsü xəsarət alıb. Hadisə şahidlərinin köməyi ilə sürücü avtomobildən çıxarılaraq xəstəxanaya çatdırılıb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparırlar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir