Cəmiyyət

Teymur Musayev: “Qızılca ilə bağlı epidemioloji vəziyyət nəzarət altındadır”

Sharing is caring!


“Ölkəmizdə qızılca ilə bağlı epidemioloji vəziyyət səhiyyə qurumları tərəfindən nəzarət altındadır”.

AZƏRTAC xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında bildirib.

“Fürsətdən istifadə edərək, təqvimi peyvəndlərdən kənarda qalmış uşaqların valideynlərinə bir daha çağırış etmək istəyirəm. Övladlarınızın sağlamlığı, həyatı ilə oynamayın.

Qızılcanın öhdəsindən gələn yeganə vasitə təqvimi peyvənddir. Peyvəndlənmənin aparılması məqsədilə istər uşaqlar, istərsə də 11-40 yaşlı vətəndaşlar üçün lazımi vaksinlər ölkəyə idxal olunub. Bütün ilkin səhiyyə xidmətləri göstərən mərkəzlərə paylanılıb və tətbiqinə başlanılıb”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir