Cəmiyyət

Pakistanlı analitik: “Azərbaycan sülh proseslərinin təşviqində mühüm rol oynayır”

Sharing is caring!


Azərbaycan sülh proseslərinin və təşəbbüslərinin təşviqində həmişə mühüm rol oynayıb və oynamaqda davam edir.

Bunu “Report”a açıqlamasında beynəlxalq əlaqələr üzrə pakistanlı analitik Xalid Taymur Əkrəm deyib.

“Azərbaycanın əməkdaşlığa sarsılmaz sadiqliyi onun Ermənistana sülh təklif etmək üçün göstərdiyi israrlı səylərində aydın görünür. Lakin İrəvanın hər bir yeni sülh təşəbbüsünü qəbul etməkdə qətiyyətsizliyi regional sabitliyin və tərəqqinin möhkəmlənməsinə mane olur. Azərbaycan sülhə, tərəqqiyə və sabitliyə nail olmaq üçün səylərində həmişə ardıcıl addımlar atıb”, – deyə analitik vurğulayıb.

Onun sözlərinə görə, Ermənistanın sülh sazişi üçün qarantların mövcudluğunda israr etməsi dəstək cəlb etməyə yönəlmiş taktiki addım kimi görünür:

“O, sülhdə ən maraqlı tərəf olmalıdır, çünki bu, İrəvana qonşuları ilə iqtisadi əməkdaşlıq üçün geniş perspektivlər açmağa imkan verəcək. Belə ki, onun gələcəkdə geniş nəqliyyat və logistika layihələrində iştirakı bu ölkəyə faydalı olacaq”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir