Cəmiyyət

Namiq Mustafayev: “25 min qazandığımı ancaq xanımım bilirdi” – VİDEO

Sharing is caring!


“Milyonların şousu” intellektual verilişində ilk dəfə iştirakçı sonuncu suala qədər gəlib çıxa bilib. Tanınmış oftalmoloq Namiq Mustafayev 25 min manat qazanaraq rekord qırıb.

İTV-nin məlumatına görə, N.Mustafayev çəkiləndən 4 ay sonra yayımlanan verilişdə qazandığı məbləğdən yalnız həyat yoldaşının xəbərdar olduğunu açıqlayıb:

“Mən, demək olar ki, əvvəlki oyunları izləmişdim və adətən, hansı sualların verildiyini təxmin edirdim. Çalışdım ki, onlara hazırlaşım.

…Oğlum dedi ki, mənə nəticəni demə, mən oyuna baxacağam. Biz bilmirdik ki, verilişin göstərilməsi dörd ay çəkəcək, iki həftə, bir ay gözləyirdik. Əvvəlcə dözmək çətin idi, sonra artıq hamının yadından çıxdı. Yeganə bilən həyat yoldaşım idi, o da iki gün mənimlə danışmadı, məcbur olub ona dedim”.

Qeyd edək ki, Namiq Mustafayev 15-ci suala cavab verməkdən imtina edərək oyunu dayandırıb. O, veriliş tarixində sonuncu suala qədər gələrək sözügedən məbləği qazanan yeganə iştirakçıdır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir