Cəmiyyət

Sumqayıtın sürüşkən yolları: Sakinlər deyirlər, yolda qalmışıq, qurum deyir, ola bilməz – AÇIQLAMA + FOTO

Sharing is caring!


Ötən gün ölkə ərazisində qarlı-şaxtalı hava şəraiti yollarda əməlli-başlı problemlər yaradıb. Bir çox yolların vaxtında qardan təmizlənməməsi səbəbindən bu gün bəzi ərazilərdə həm piyadaların, həm də avtomobillərin hərəkətində çətinliklər yaranıb.

Oxu.Az-a şikayət ünvanlayan Sumqayıt sakinləri bildiriblər ki, aradan bir sutkaya qədər vaxt keçməsinə baxmayaraq, şəhərin yolları qardan təmizlənməyib. Bu səbəbdən yol buz bağlayıb və bu gün səhər saatlarında xeyli insan işə vaxtında gedib çata bilməyib.

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusunu cavablandıran Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayev bildirib ki, gecə saatlarından etibarən yolların qardan təmizlənməsinə başlanılıb:

“Sumqayıt şəhəri ərazisində hərəkətin təmin olunması məqsədilə 14 yanvar tarixində gecə saatlarından yolların qardan təmizlənməsinə başlanılıb. Yolların təmizlənməsi üçün xeyli sayda texnika və canlı qüvvə cəlb edilərək, təmizlənmə işləri aparılıb. Hal-hazırda da tədbirlər görülür. Həm ötən gün, həm də bu gün ərzində şəhər ərazisində yollarda nəqliyyatın hərəkətində məhdudiyyət olmayıb. Sumqayıt şəhərində fəaliyyət göstərən ictimai nəqliyyatın fasiləsiz fəaliyyəti təmin edilib”.

Əzizə İsmayılova

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir