Cəmiyyət

Güclü qar və çovğun Cəlilabadda nəqliyyatın hərəkətində problemlər yaradıb – FOTO

Sharing is caring!


Güclü qar və çovğun Cəlilabad rayonunda nəqliyyatın hərəkətində problemlər yaradıb.

“Report”un Muğan bürosunun məlumatına görə, günorta saatlarından yağmağa başlayan qar artıq intensiv şəkildə müşahidə olunur. Nəticədə Cəlilabad şəhəri ərazisində avtomobil yollarında nəqliyyatın hərəkəti çətinləşib.

Hadisə şahidlərinin sözlərinə görə, yolun buzlu olması nəticəsində bir neçə kiçik qəzalar da baş verib.

Müvafiq orqanlar tərəfindən yollar qar örtüyündən təmizlənir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir