İdman

Klub rəhbərliyi təcili iclas çağırdı – Məşqçilər korpusuna iki oyunluq MÖHLƏT

Sharing is caring!


Premyer Liqanın son iki turunda məğlubiyyətlə üzləşən “Araz-Naxçıvan”da toplantı keçirilib.

Sportinfo.az xəbər verir ki, klub rəhbərliyi Azər Bağırovun məşqçi korpusu ilə bir araya gəlib.

İclasda komandanın “Zirə”yə (0:3) və “Sabah”a (0:2) yenilməsi geniş müzakirə olunub. İdarəçilər nəticələrdən narazılığını dilə gətiriblər.

Bildirilib ki, kollektiv 2024-cü ilə pis başlayıb, hədəflərindən uzaq düşüb. Qeyd olunub ki, gedişatı təcili dəyişmək lazımdır, əks halda kadr islahatı aparılacaq.

Bu isə korpusun dəyişdirilməsi deməkdir. Diqqətə çatdırılıb ki, növbəti iki turda qələbə əldə olunmasa, Bağırov və köməkçiləri ilə yollar ayrılacaq.

“Araz-Naxçıvan” Premyer Liqanın 26-cı turunda “Turan Tovuz”la səfərdə qarşılaşacaq. Daha sonra Mərdəkanda “Qəbələ” ilə üz-üzə gələcəklər.

Muxtar Respublika təmsilçisi 25 tura 31 xal toplayıb. Bölgə klubu bu göstərici ilə turnir cədvəlinin 8-ci pilləsində məskunlaşıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir