Cəmiyyət

Abşeronda dəhşətli qəza: Üç avtomobil toqquşub, yaralılar var – FOTO

Sharing is caring!


Abşeron rayonunda üç avtomobilin toqquşması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi olub.

APA xəbər verir ki, qəza Masazır qəsəbəsi, Əliağa Vahid küçəsində qeydə aınıb.

Belə ki, yol-nəqliyyat hadisəsi “Toyota Prius”, “Toyota Corolla” və “AzSamand” markalı avtomobillərin iştirakı ilə baş verib.

Nəqliyyat vasitələri yararsız vəziyyətə düşüb. Hadisədə “Toyota Prius” və “AzSamand” markalı minik avtomobillərinin sürücüləri xəsarət alıblar.

Yaralılar təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.

Əraziyə polis əməkdaşları cəlb edilib.

Hadisənin təfərrüatı araşdırılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir