Cəmiyyət

Bakının mərkəzində keçilməz küçə – VİDEO

Sharing is caring!


Bakının Nəsimi rayonu, Sabit Rəhman küçəsində yaşayan sakinlər yol problemindən şikayətçidirlər.

Onlar bildiriblər ki, sözügedən küçədə vaxtilə asfalt olub.

Bəzi kommunal qurumlar ərazidə təmir işləri aparılan zaman yolun asfalt örtüyü dağılıb.

Kommunal qurumların əməkdaşları sakinlərə bildiriblər ki, işlərini tamamladıqdan sonra yolun asfalt örtüyü yenidən bərpa ediləcək. Buna baxmayaraq, verilən vədlər boşa çıxıb:

“Yol çox yaxşı idi. “Azərişıq”, sonra da “Azərsu” gəlib qazdı. Kimin ağlından nə keçirsə, qazırlar, sonra da məhəllə camaatı torpaqlaya-torpaqlaya gedir. Nə evdən çıxa bilirik, nə də evə gedə bilirik. Bütün ayaqlarımız palçığa, suya batır”.

Avtomobil Yolları Dövlət Agentliyindən (AYDA) bildirilib ki, Baku TV-nin çəkilişindən sonra əraziyə təmir briqadası göndərilib.

Ətraflı süjetdə:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir