Cəmiyyət

Bakıda məişət tullantıları yığılmış tikilidə yanğın olub – VİDEO

Sharing is caring!


Bakıda məişət tullantıları yığılmış tikilidə yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumat verilib.

Bildirilib ki, qurumun “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonu, General Şıxlınski küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində taxta və məişət tullantıları yığılmış tikilidə baş vermiş yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 30 kvadratmetr sahədə taxta və məişət tullantıları yanıb, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir