Cəmiyyət

Fuad Hüseynəliyev: “Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanması üçün tərəflərə ehtiyac yoxdur”

Sharing is caring!


Rəsmi Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanması üçün qarantlara, tərəflərə ehtiyac yoxdur, çünki bu sənədi aralarındakı məsələləri heç bir vasitəçi olmadan həll etmək hüququna malik iki suveren ölkə imzalayır.

Bunu “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev CBC telekanalının efirində deyib.

Onun sözlərinə görə, üçüncü tərəflərin iştirakı olmadan Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesində müsbət dinamika müşahidə edilir: “Əvvəllər Ermənistanın bəzi üçüncü dövlətləri, xüsusən də Fransa, Rusiya, ABŞ və hətta Avropa İttifaqını da (Aİ) cəlb etmək cəhdi ilə aylarla ləngitdiyi danışıqlar prosesi heç bir nəticə vermədi. Lakin danışıqlar ikitərəfli əsasa keçəndə müəyyən irəliləyiş əldə olundu”.

O vurğulayıb ki, Azərbaycanla sülh sazişinin imzalanmasına Ermənistanın xarici siyasətində vektorların dəyişməsi təsir etməməlidir: “Rəsmi İrəvanın xarici siyasətində anti-Rusiya oriyentasiyası, vektorun Qərbə dəyişməsi var. Bu baxımdan, Aİ-nin Azərbaycanla şərti sərhəddə hərbi-siyasi missiyasının genişlənməsi təsadüfi deyil. Yəni bütün bunlar Ermənistanın tamamilə Qərbə tərəf yönəlməsi üçün atılan addımlardır. Azərbaycan üçün bu halda Ermənistanın xarici siyasət kursunun əhəmiyyəti yoxdur. Amma hesab edirəm ki, Ermənistan rəhbərliyi başa düşməlidir ki, xarici siyasətdə bəzi vektorların dəyişməsi belə qonşuları ilə münasibətlərə, ilk növbədə isə Azərbaycanla sülh sazişinin imzalanmasına təsir etməməlidir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir