Cəmiyyət

5 yaşlı Cəsurun iki ayı qalıb: “Müalicə üçün maşınımı satdım, əməliyyat üçün pulumuz yoxdur” – FOTO

Sharing is caring!


Beş yaşlı Cəsurun sizin dəstəyinizə ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun atası Məhərrəm Hüseynov məlumat verib.

O bildirib ki, övladının ürək pərdəsində dəlik və iki damarında tıxanıqlıq var.

“Cəsurun beş yaşı var. Bir il öncə onun ürəyinin pərdəsində dəlik və iki damarında tıxanıqlıq olduğunu öyrəndik. Daha sonra müalicə üçün Türkiyəyə yollandıq. Orada üç aya yaxın müalicə olundu. Ən sonda isə həkimlər onun əməliyyat edilməli olduğunu dedilər”.

Məhərrəm Hüseynov bildirib ki, övladının əməliyyatı üçün 10 000 manata ehtiyacları var.

“Biz Ağstafada yaşayırıq. Özüm burda fəhlə işləyirəm. Cəsuru Türkiyəyə yollamaq üçün əlimdə olan hər şeyi satdım, çatmayan hissəsini isə borc aldım. Hazırda, inanın, nə satmağa maşınım, dəyərli əşyam, nə də borc almağa adamım qalmayıb. Cəsurun əməliyyatı üçün 10 000 manata ehtiyacımız var. Həkimlər Cəsurun ən gec iki ay içində əməliyyat edilməli olduğunu deyiblər. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm”.

Ailə ilə əlaqə: (055) 954-78-65.

Express Bank: 4724 9425 2642 7836.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir