Cəmiyyət

Qəbələdə ikiotaqlı ev kül oldu

Sharing is caring!


Qəbələnin Həmzəlili kəndində yaşayış evində yanğın hadisəsi baş verib.

APA-nın Şirvan bürosu xəbər verir ki, kənd sakini, 1973-cu il təvəllüdlü Şaiq Məhəmmədiyyə oğlu Əhmədova məxsus 162 kvadratmetr olan ikimərtəbəli evin birinci və ikinci mərtəbələrində yanğın baş verib.

Hadisəyə Qəbələ Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi cəlb olunub, yanğın söndürülüb.

Yanğının hansı səbəbdən baş verdiyi araşdırılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir