Kriminal

Beyləqanda narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb

Sharing is caring!


Beyləqanda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü məsuliyyətə cəlb edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir nəticəsində, idarəsində olan “Mercedes-Benz” markalı nəqliyyat vasitəsi ilə yol-hərəkəti qaydasını pozduğuna görə, rayon sakini Rahil İsmayılov saxlanılıb. Müvafiq araşdırmalar zamanı sürücünün avtomobili narkotik vasitənin təsiri altında idarə etdiyi müəyyən edilib. Həmin sürücü barəsində inzibati qaydada protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.

O məhkəmənin qərarına əsasən bir ay müddətinə inzibati qaydada həbs edilib və sürücülük hüququ iki il müddətinə məhdudlaşdırılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir