Cəmiyyət

AYNA: “Qırmızı Körpü” gömrük postunda 60 yük maşını gözləyir”

Sharing is caring!


Son bir ayda sıxlıq müşahidə edilən Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda hazırda 65 yük maşını gözləyir.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata görə, hazırda ölkənin sərhəd-keçid məntəqələrində 176 ədəd yük maşını gözləyir: “Samur” gömrük postunda 45, “Biləsuvar” gömrük postunda 38, “Mazımqara” gömrük postunda 16, “Astara” gömrük postunda yeddi və “Xanoba” gömrük postunda beş yük maşını var.

Xatırladaq ki, “Qırmızı Körpü” gömrük postunda ötən gün gözləmədə yük maşını olmayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir