Cəmiyyət

Nigar Camal Aygün Bəylərlə son söhbəti barədə: “Şuşaya getmək istəyirdi”

Sharing is caring!


“Aygün Bəylər sonuncu dəfə Şuşaya getmək istədiyini demişdi”.

Oxu.Az xəbər verir ki, bu sözləri Əməkdar artist Aygün Hümmətova ilə vida mərasimidə “Avroviziya-2011” mahnı müsabiqəsinin qalibi Nigar Camal deyib.

O, Əməkdar artistlə son söhbətindən bəhs edib:

“Nə deyə bilərəm… Çox böyük itkidir. Son dəfə dekabrın 30-da danışdıq. Türkiyəyə yola düşürdü. Ən böyük arzusu Şuşaya getmək idi. Dedi ki, hər şey yaxşı olsa, Şuşaya gedəcək. Çox təəssüf, belə oldu. Çox çətindir. Allah rəhmət eləsin!”

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir