Cəmiyyət

MSK sədri: “Bütün namizədlərə bərabər hüquqlar yaradılır”

Sharing is caring!


“Növbədənkənar prezident seçkisi elan olunandan sonra Mərkəzi Seçki Komissiyası müvafiq addımları atdı. Bizim ümumi maarifləndirmə proqramımız var. Biz müvafiq dövlət qurumları ilə əməkdaşlıq edirik. Biz Ali Məhkəmə və apellyasiya məhkəmələri ilə seçki mübahisələrinin həlli üzrə seminar başlayırıq”.

Oxu.Az-ın məlumatına əsasən, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

O bildirib ki, qanunauyğun seçkidə iştirak edən bütün tərəflərə şikayət və müraciətlər üçün bərabər hüquqlar yaradılır.

Məzahir Pənahov qeyd edib ki, bütün seçki iştirakçıları – prezidentliyə namizədliyi qeydə alınmış şəxslər və onların səlahiyyətli nümayəndələri – həmin hüquqlardan yararlana bilərlər.

“Bizim məqsədimiz odur ki, bütün tərəflər öz hüquqlarını bilsinlər. Müraciətlər qanunauyğun şəkildə ünvanlanmalıdır”, – deyə Məzahir Pənahov əlavə edib. Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçiriləcək. Bu zamana qədər MSK üç nəfərin – İlham Əliyevin, Zahid Orucun və Razi Nurullayevin prezidentliyə namizədliyini qeydə alıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir