Cəmiyyət

Vəkillər Kollegiyasına üzv olmaq istəyənlər üçün test imtahanı keçirilib – YENİLƏNİB + FOTO

Sharing is caring!


Dövlət İmtahan Mərkəzinin Kompüter Mərkəzində Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və Dövlət İmtahan Mərkəzi ilə birgə AR Vəkillər Kollegiyasına və Naxçıvan MR Vəkillər Kollegiyasına vəkilliyə qəbul üzrə yazılı test imtahanı keçirilib.

Bu barədə Vəkillər Kollegiyası məlumat yayıb.

Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına əsasən, ixtisas imtahanlarının müntəzəm keçirilməsini təşkil etməklə, yeni üzvlərin, xüsusən gənc hüquqşünasların qəbul edilməsi üçün şərait yaradılması barədə tövsiyəsi rəhbər tutularaq daimi əsaslarla aparılan sənəd qəbulu nəticəsində 3 saat davam edən imtahanda ümumilikdə 284 nəfər iştirak edib. AR Vəkillər Kollegiyasına sənəd verən 264 namizəddən 54 nəfəri, Naxçıvan MR Vəkillər Kollegiyasına sənəd verən 20 namizəddən 14 nəfəri uğur qazanıb.

Şəffaf şəraitdə keçirilən imtahanda bir çox yerli və beynəlxalq, dövlət və qeyri-hökümət təşkilatlarından müşahidəçilər, televiziya və mətbuat nümayəndələri iştirak edib.

AR Vəkillər Kollegiyasına qəbulla bağlı ixtisas imtahanlarının yazılı test mərhələsindən uğur qazanmış namizədlər Sənəd Qəbulu Komissiyasına 2023-cü il dekabr ayının 1-dən 29-dək aşağıdakı sənədləri təqdim etməlidirlər:

– Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən müəyyən edilmiş formada ərizə;

– Yazılı test mərhələsinin yekun nəticəsinə dair məlumat vərəqəsi;

– Şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti;

– Ali hüquq təhsili barədə diplomun notariat qaydada təsdiq edilmiş surəti;

– Əmək kitabçasının notarial qaydada və ya iş yerində təsdiq edilmiş surəti;

– Əqli cəhətdən sağlamlıq barədə tibbi arayış;

– 3×4 sm və 4×6 sm ölçüdə hər ölçüdən 4 ədəd (cəmi 8 ədəd) rəngli fotoşəkil;

– Vəkilin şəxsi məlumat vərəqəsi;

– Tərcümeyi-hal.

Naxçıvan MR Vəkillər Kollegiyasına qəbulla bağlı ixtisas imtahanlarının yazılı test mərhələsindən uğur qazanmış namizədlərə ixtisas imtahanlarının şifahi müsahibə mərhələsi ilə bağlı əlavə məlumat veriləcəkdir.

Vəkilliyə qəbul üçün təqdim olunmuş sənədlərlə ilkin doldurulmuş ərizə-anket formasında qeyd olunmuş məlumatlar arasında ziddiyyət aşkar olunarsa və ya namizəd vəkilliyə qəbul üçün lazım olan tələblərə cavab verməzsə, növbəti mərhələyə buraxılmayacaqdır.

AR Vəkillər Kollegiyasına qəbulla bağlı ixtisas imtahanlarının yazılı test mərhələsindən uğur qazanmış namizədlərin siyahısını təqdim edirik:

1. Toğrul Abbas oğlu Abbaslı

2. Turab Kamil oğlu Abbasov

3. Raziyyə Arzu qızı Abbasova

4. Cavid Cavanşir oğlu Abduləzimov

5. Aytən İlqar qızı Ağayeva

6. Nuray Adil qızı Ağayeva

7. Sərvan İlyas oğlu Ağcayev

8. Şükriyyə Vüqar qızı Aydınlı

9. Cavid Zahid oğlu Babayev

10. Əsmər Rövşən qızı Babayeva

11. Elnarə Ağabala qızı Bağırova

12. Jalə Surxay qızı Cabbarova

13. Cavid Əhməd oğlu Camalzadə

14. Günay Tahir qızı Cavadova

15 CƏFƏROV ELNUR MİRABTALIB

16 CƏFƏROV NİCAT MARİF

17 DADAŞOV SEYRAN ŞƏMSƏDDİN

18 DAVUDLU NƏRMİN VAQİF

19 ƏHMƏDOVA LEYLA NİZAMİ

20 ƏLİYEV EMİL ZİNYƏDDİN

21 ƏLİYEV ƏSƏD NAZİM

22 ƏLİYEV İSMAYIL ƏLİMUSA

23 ƏLİYEVA NİGAR ZEYNAL

24 ƏMİRASLANLI NİCAT PƏNAH

25 ƏSGƏROV RUSLAN RÜSTƏM

26 ƏZİZLİ FATİMƏ AĞALAR

27 HACI-SALMANOV TOĞRUL ADIŞİRİN

28 HACIYEV MUSA ÇIRAX

29 HƏSƏNOV ORXAN QƏHRƏMAN

30 HƏSƏNOVA OFELYA XANLAR

31 HÜSEYNLİ ELTAC SADİQ

32 İBRƏHİMOV SƏTTAR SABİR

33 İSAYEV ELNİZ MÜBARİZ

34 İSMAYILOVA SƏBİNƏ İMRAN

35 KAZIMLI ƏRTOĞRUL AZƏR

36 KƏRİMOV İLKİN CAMAL

37 MƏMMƏDLİ AYTAC FƏXRƏDDİN

38 MƏMMƏDOV NİCAT VASİF

39 MƏMMƏDOV QÜRBƏT MƏMMƏD

40 MƏMMƏDOVA LEYLA ŞİRZAD

41 MÜTƏLLİMZADƏ SEYMUR SABİR

42 NAĞIYEV ŞULAN TOFİQ

43 NAĞIYEV ÜLVİ BİLMAN

44 NİYAZALI KƏNAN MAHMUD

45 QAFARLI KAMRAN AĞAMALI

46 QASIMLI NURANƏ NURƏDDİN

47 QƏHRƏMANOVA AYTAC MÖHSÜM

48 QURBANOVA FƏRİDƏ ZAKİR

49 RÜSTƏMLİ FUAD MƏHƏMMƏD

50 RZAYEVA ESMİRA QURBAN

51 ŞİRİNOVA ƏSƏDOVA GÜNEL SOLTAN

52 TAĞIZADƏ NİGAR YƏDULLA

53 XALIQ ELNUR CABİR

54 ORUCOV BAYRAM TOFİQ

Naxçıvan MR Vəkillər Kollegiyasına qəbulla bağlı ixtisas imtahanlarının yazılı test mərhələsindən uğur qazanmış namizədlərin

SİYAHISI

DÜNYAMALIYEV HAFİZ ZEYNAL
ƏLİRZAYEV CƏLİL ƏMİR
ƏLİYEV ADƏM QURBAN
ƏLİZADƏ-MUSƏVİ AYGÜN ELMAN
HƏSƏNLİ VÜSAL RZAQULU
HƏSƏNOV QAFAR RÖVŞƏN
HÜSEYNOV BƏHLUL YAQUBƏLİ
MƏHƏRRƏMOV RÜSTƏM YUSİF
NOVRUZOV ƏLİ FİZULİ
NUHOV AZAD BƏHRAM
ÖZTÜRK ATİLLA ƏSGƏR
QASIMOV ƏZİZ KAMAL
RƏCƏBOV AZAD İSA
ŞAHBAZOV ELÇİN AQİL

19:14

Dövlət İmtahan Mərkəzi Vəkillər Kollegiyası ilə birgə 2023-cü il noyabrın 5-də Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçirib.

Mərkəzdən verilən məlumata görə, imtahan kompüterlər vasitəsilə elektron qaydada 2 növbədə təşkil olunub. Namizədlər imtahanı bitirdikdən sonra onlara nəticələri haqqında arayış təqdim olunub.

Xatırladaq ki, imtahanda iştirak etmək üçün 294 namizəd qeydiyyatdan keçib. 10 namizəd imtahana gəlməyib. İmtahanda iştirak edən 284 namizəddən 68 nəfər uğur qazanaraq növbəti mərhələyə buraxılıb.

İmtahan nəticələri ilə bağlı Apellyasiya komissiyası 6 və 7 noyabr tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində (Bakı şəhəri, Nəsimi rayonu, Ak., Həsən Əliyev, 299) fəaliyyət göstərəcəkdir.

10:32

Dövlət İmtahan Mərkəzində (DİM) Vəkillər Kollegiyasının üzvlüyünə namizədlərin növbəti seçim prosesi keçirilir.

Bu barədə DİM-dən məlumat verilib.

Bildirilib ki, iki qurumun birgə əməkdaşlığı çərçivəsində təşkil olunmuş imtahanda 294 nəfər vəkilliyə namizəd iştirak edir.

İmtahanda namizədlərə hüququn müxtəlif sahələrinə aid hər biri 1 balla qiymətləndirilməklə 100 test sualı təqdim olunub.

İmtahan saat 10:00-dan və 15:00-dan başlayaraq 3 saat ərzində kompüterlər vasitəsilə elektron qaydada DİM-in kompüter mərkəzində elektronlaşdırılmış qaydada həyata keçirilir.

İmtahanın şəffaflığının təmin edilməsi məqsədilə bir çox yerli və beynəlxalq, habelə dövlət və qeyri-hökumət təşkilatlarından müşahidəçilər dəvət olunub, media nümayəndələrinin iştirakı təmin edilib.

İmtahanın təşkili və namizədlərin tərkibinə dair statistik məlumatlara gəldikdə isə qeyd olunmalıdır ki, regionlar üzrə namizədlərin təmsil olunma nisbəti Bakı şəhəri üzrə 56,1 faiz, respublikanın digər regionları üzrə isə 43,9 faizdir. Say nisbəti baxımından imtahanda Azərbaycanın əksər regionları təmsil olunur, bu isə öz növbəsində gələcəkdə regionlarda vəkil çatışmazlığının nisbətən aradan qaldırılmasına imkan verəcək. Namizədlərin 12,3 faizi xarici, 87,7 faizi yerli ali təhsil müəssisələrində təhsil alıblar ki, bu siyahıda ilk yeri 45,2 faiz ilə Bakı Dövlət Universiteti tutur.

Yaş kateqoriyası baxımından 40 yaşadək olan namizədlər ümumi namizədlərin 66 faizini təşkil edir. Qadın namizədlər 27 faiz, kişi namizədlər isə 73 faizdir.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyasının imtahanda iştirak edən namizədləri 7 faiz təşkil edir.

Daha çox foto burada: PhotoStock.az

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir