Cəmiyyət

İki yaşlı körpənin başından qaynar su tökülüb: Müalicəsinə 500 manat pul tapmırlar – FOTO

Sharing is caring!


Balaca Fatimə Elsevər qızı Məmmədova (16.12.2021-ci il təvəllüdlü) mart ayında ağır yanıq xəsarətləri alıb.

Bu barədə Oxu.Az-a onun anası Lamiyə Məmmədova məlumat verib.

O qeyd edib ki, hadisə ehtiyatsızlıqdan baş verib. Belə ki, qızının başından qaynar su dolu çaydan aşıb:

“Hadisə mart ayında baş verib. Xəstəxanalardan birində müalicə aldıq. Lakin maddi durumum çox ağır olduğu üçün müalicəni tamamlamadan evə gedəsi olduq. Sizin saytın oxucularının dəstəyi ilə Fatimənin müalicələrini etdirsək də, yenidən dəstəyə ehtiyacımız var. İnanın, evimizə bazarlıq etməyə belə imkanımız yoxdur hazırda. Övladımın vəziyyətinin dərdi bir kənara qalıb, onun dərmanlarını necə alacağımı düşünməkdən artıq tükənmişəm. Balam ağrılarına görə çox əziyyət çəkir. Qızımın müalicəsi üçün 500 manat lazımdır”.

Qeyd edək ki, valideyn Gürcüstan vətəndaşı olduğu üçün yardım kartı bacısının adınadır.

Əlaqə nömrəsi: (050) 372-91-23 (anası Lamiyə xanım).

Leo Bank – 4098 5844 6095 6533.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir