Cəmiyyət

Yevlaxda ardıcıl iki yol-nəqliyyat hadisəsi baş verib – FOTO

Sharing is caring!


Bakı-Qazax magistral yolunun Yevlax rayon ərazisindən keçən hissəsində ardıcıl iki yol-nəqliyyat hadisəsi qeydə alınıb.

“Report”un Qərb bürosunun məlumatına görə, öncə “Mercedes” markalı minik avtomobili yük maşınına çırpılıb.

Qəzada Yevlax rayon sakini, 1987-ci il təvəllüdlü F.Həsənov müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Digər avtomobil qəzasında isə bir neçə nəqliyyat vasitələri toqquşub. Həmin qəzada ciddi xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə zərər dəyib.

Hər iki hadisə ilə bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir