Cəmiyyət

“Makarov” tapançası gəzdirən şəxs yeni ilin ilk günü saxlanılıb – VİDEO

Sharing is caring!


Vətəndaşlarda qanunsuz olaraq saxlanılan odlu silah-sursatın əməliyyat yolu ilə aşkar edilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında yeni ilin ilk günü həyata keçirilən tədbir zamanı 1975-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Rafiq Bağırov üzərində qanunsuz olaraq odlu silah gəzdirdiyi üçün saxlanılıb.

Onun üzərindən bir ədəd “Makarov” markalı tapança, altı ədəd patron və patron darağı aşkar edilib. R.Bağırov silahı bir müddət əvvəl əldə etdiyini, polisə könüllü təhvil vermək əvəzinə özündə saxladığını, bayram günü həmin tapança üzərində olan zaman polislər tərəfindən saxlanıldığını bildirib. Araşdırmalar davam etdirilir.

“Bir daha vətəndaşlara müraciət edirik ki, qanunsuz saxlanılan odlu silahlar könüllü təhvil verilməlidir. Vətəndaşlar əmin olsunlar ki, hər bir qanunsuz saxlanılan odlu silah təhlükə mənbəyidir, hansısa ictimai təhlükəli əməlin törədilməsində alətə çevrilə bilər”, – deyə məlumatda vurğulanır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir