Cəmiyyət

Bakıda yol çöküb: Sıxlıq yarandı

Sharing is caring!


Bakıda 9-cu mikrorayonda yol çöküb. 

Oxu.Az xəbər verir ki, Mir Cəlal küçəsində yolun çökməsi həmin istiqamətdə nəqliyyatın hərəkətinə maneə yaradıb. Əraziyə DYP əməkdaşları cəlb ediliblər.

AAYDA-dan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, agentliyin əməkdaşları və aidiyyəti qurumun əməkdaşları ərazidədirlər: “Hazırda çökmüş ərazidə qazıntı işləri aparılır. 

Problemin yaranma səbəbi yerindəcə müəyyən edilib aradan qaldırılacaq. Daha sonra gün ərzində agentliyin əməkdaşları tərəfindən sözügedən əraziyə yeni asfalt-beton örtüyü döşənəcək”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir