Cəmiyyət

Tərtərdə pirotexniki vasitələrin satışını təşkil edən şəxslərin işi məhkəməyə göndərilib – FOTO

Sharing is caring!


Tərtər rayonunda pirotexniki vasitələrin satışını təşkil edən şəxslər müəyyən edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupu məlumat yayıb.

Bildirilib ki, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində pirotexniki vasitələrin satışını təşkil edən şəxslər müəyyən edilib. Həmin ṣəxslərdən aşkarlanan vasitələr götürülüb.

Onların barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci (İstehsalı və ya satılması qadağan olunmuş malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsi) maddəsi ilə protokol tərtib edilib və baxılması üçün rayon məhkəməsinə göndərilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir