Cəmiyyət

DYP: “Güclü külək yollarda qəza riskini artırır” – FOTO

Sharing is caring!


Hazırda paytaxt ərazisində müşahidə olunan güclü külək yollarda qəza riskini artırır.

Bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinin küləkli hava ilə bağlı moped sürücülərinə xəbərdarlığında deyilir.

Qeyd olunub ki, belə hava şəraiti ikitəkərli, o cümlədən moped, motosiklet, elektroskuter, velosiped tipli nəqliyyat vasitələrinin idarə edilməsində isə xüsusilə ciddi çətinliklər yaradır:

“Küləyin təsiri nəticəsində müvazinətin itirilməsi ikitəkərli nəqliyyat vasitələrinin aşma ehtimalını dəfələrlə artırır ki, bu da sürücünün özü, eləcə də digər nəqliyyat vasitələri və piyadalar üçün real təhlükədir.

DİN-in Baş DYP İdarəsi ikitəkərli nəqliyyat vasitələrinin sürücülərinə mövcud hava şəritini düzgün qiymətləndirməyi və bu tip nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etməyi tövsiyə edir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir