Cəmiyyət

Həkim: “Peyvənd almayan uşaqlara dörd həftə intervalla iki doza QPM peyvəndi vurulmalıdır”

Sharing is caring!


“Peyvəndləmə qızılca xəstəliyinə qarşı ən effektiv profilaktika üsuludur. Milli peyvənd təqviminə əsasən qızılcaya qarşı immunizasiya 1 və 6 yaşında olmaqla 2 doza şəklində qızılca, parotit, məxmərək əleyhinə kombinə olunmuş QPM vaksini ilə aparılır”.

Oxu.Az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva açıqlayıb.

A.Əliyeva qeyd edib ki, Milli Peyvənd Təqviminə əsasən, zamanında qızılcaya qarşı QPM peyvəndi almayan 10 yaşa qədər uşaqlar aşkar olunduqda, onlara dörd həftə intervalla iki doza QPM peyvəndi vurulmalıdır:

“QPM peyvəndinin 1-ci dozasını almış, lakin 6 yaşında vaksinin 2-ci dozasını almayan uşaqlar tez bir zamanda peyvəndin 2-ci dozasını almalıdırlar. Mütəşəkkil uşaq kollektivlərində (məktəb, məktəbəqədər uşaq müəssisələri və s.) qızılca xəstəliyinə şübhəli və ya qızılca diaqnozu təsdiqlənmiş xəstələrlə təmasda olan və daha öncə peyvəndlənməmiş və ya xəstəliyə yoluxmamış uşaqların 72 saat ərzində qızılca peyvəndi alması tövsiyə olunur. Lakin təmas müddəti müəyyən edilərkən xəstənin prodromal dövrdə (səpgidən 4 gün əvvəl) və səpgili dövrdə (4-5 gün müddətində) yoluxdurucu olması nəzərə alınmalıdır”.

Direktor müavini onu da əlavə edib ki, xəstə ilə daima ev şəraitində (xəstəlik dövrü ərzində) təmasda olan şəxslər 21 gün müşahidə və bu müddət ərzində peyvənd olunmamalıdır.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir