Cəmiyyət

Xəzərə axıdılan tullantı sularının təmizlənməsi ilə bağlı pilot layihənin icrasına başlanılıb

Sharing is caring!


“Prezidentin “Dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında” və “Hövsan aerasiya qurğusundan Xəzər dənizinə axıdılan tullantı sularının təmizlənməsi və təkrar istifadəsi ilə bağlı pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında” müvafiq sərəncamlarının icrasına başlanılıb”. 

Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müşaviri Əsəd Şirinov deyib. 

O qeyd edib ki, həmçinin suvarmada istifadəsi mümkün olan kollektor-drenaj sularının ehtiyatı müəyyənləşdirilib: 

“Cari ildə Baş Mil-Muğan kollektoru üzərində su təmizləyici qurğu tikməklə Saatlı və Sabirabad rayonlarında suvarma kanallarına müəyyən həcmdə su verilməsi layihəsi üzrə tender müsabiqəsi keçirilərək müvafiq texniki iqtisadi əsaslandırma və işçi layihə sənədlərinin hazırlanması işlərinə başlanılıb. Dövlət Su Komissiyası tərəfindən su anbarlarının iş rejimləri ciddi nəzarətə götürülüb və mütəmadi olaraq rejimlərdə operativ dürüstləşmələr aparılıb”. 

Ə.Şirinov bildirib ki, məhz bu tədbirlər nəticəsində hazırda su anbarlarında 2020-ci ilə nisbətən 3,9 milyard, təkcə ötən ilə nisbətən isə 2,2 milyard kubmetr artıq həcmdə su toplanılıb: 

“Bu da ötən il əkin sahələrinin su təminatına öz müsbət təsirini göstərib, həmçinin növbəti ilin suvarma mövsümü üçün daha nikbin proqnozlar verməyə əsas verib. Görülmüş tədbirlər nəticəsində bu ildə respublika üzrə bütün kənd təsərrüfatı bitkiləri 1,5 milyon hektar sahədə orta hesabla 3,4 dəfə suvarılıb, bu məqsədlə bütün suvarma mənbələrindən su istifadəçilərinə 7,5 milyard kubmetr su verilib”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir