Cəmiyyət

Təşkilat sədri: “Əvvəllər Azərbaycanda sahibkar qadınları barmaqla saymaq olardı”

Sharing is caring!


“Əvvəllər Azərbaycanda sahibkar qadınları barmaqla saymaq olardı. Ancaq artıq vəziyyət dəyişib, biz bu gün çox böyük inkişafın şahidiyik”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Sahibkar Qadınlar İctimai Birliyinin sədri Zemfira Ağayeva jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu sahədə müxtəlif forumların keçirilməsi qadınların bir-biri ilə əlaqə qurması, yaxından tanıması, fəaliyyət istiqamətinin genişləndirilməsi və inkişafı baxımından olduqca vacib və əhəmiyyətlidir: “Bərabər inkişaf naminə” Azərbaycan Qadınlarının Forumu kimi tədbirlər hər zaman qadınlara dəstək xarakteri daşıyıb. Onu xüsusi olaraq vurğulamaq istəyirəm ki, qadınlarımız son vaxtlar böyük inkişafa doğru gedir”.

Z.Ağayeva, həmçinin Sahibkar Qadınlar Birliyinin 8 mindən çox üzvü olduğunu və gələn il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkisində Yeni Azərbaycan Partiyasının (YAP) namizədi İlham Əliyevi dəstəkləyəcəklərini bildirib.

Qeyd edək ki, Bakıda “Bərabər inkişaf naminə” Azərbaycan Qadınlarının Forumu keçirilib. Forumda 450-dən çox qadın iştirak edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir