Cəmiyyət

Dünya işığına həsrət qalan Eminin anası fəryad edir: “Nə məni, nə də atasını görüb” – FOTO

Sharing is caring!


Beş yaşlı Eminin sizin dəstəyinizə ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun anası Xatirə Əliyeva məlumat verib.

O bildirib ki, övladı anadangəlmə görmə məhdudiyyətlidir.

“Eminin beş yaşı var. Göz almasının degenerativ vəziyyəti xəstəliyindən əziyyət çəkir. İki gözü də görmür. İllərdir müalicə etdirsək də, demək olar ki, heç bir irəliləyiş qeydə alınmayıb. Onun görməsinin bir az da olsa düzəlməsi üçün Ufa (Rusiya) şəhərinə yola düşməliyik. Bunun üçün isə 8 000 manata ehtiyacımız var. Həmin məbləğin 6 700 manatını sizin saytın izləyicilərinin dəstəyi ilə toplaya bilsək də, hazırda 1 300 manatımız çatmır”.

Xatirə Əliyeva yardımsevər şəxsləri övladına dəstək olmağa çağırıb:

“Bu əməliyyatla övladımın görməsi 100% düzəlməyəcək. Həkimlərin dediyinə görə, əməliyyatdan sonra onun gözləri 20-25% görə biləcək. İnanın, bu rəqəm az görünsə də, mənim üçün çox böyük xoşbəxtlikdir. Mənim övladım doğulandan dünya işığına həsrətdir, nə məni, nə atasını görüb, bizimlə bağlı təsəvvürü belə yoxdur. Emin mən olmadan yeriyə, ilkin ehtiyaclarını ödəyə bilmir. Bir övladın kiməsə belə möhtac olması ana üçün dözülməzdir. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm”.

Ailə ilə əlaqə: (051) 655-42-34.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir