İqtisadiyyat

Kubada yanacağın qiyməti beş dəfədən çox artacaq

Sharing is caring!


Kuba hökuməti yanacaq qıtlığı və dərinləşən iqtisadi böhranla mübarizə çərçivəsində yanacağın qiymətini beş dəfə artırdığını elan edib.

Bu barədə ölkənin maliyyə naziri Vladimir Reqero məlumat verib.

Yeni qiymətlər fevralın birindən qüvvəyə minəcək.

“Benzinin litrinin qiyməti 30 Kuba pesosundan (1,25 dollar) 156 Kuba pesosuna (6,51 dollar) yüksələcək”, – deyə o, bəyan edib.

Nazirin sözlərinə görə, hökumət ayda 500 kVt-dan artıq elektrik enerjisindən istifadə edənlər üçün martın birindən elektrik enerjisinin qiymətini də 25 faiz artırmağı planlaşdırır.

Qeyd edək ki, Kuba milli iqtisadiyyatının çətinlikləri, digər məsələlərlə yanaşı, zərəri 1,3 trilyon dolları ötmüş ABŞ sanksiyaları ilə əlaqələndirilir.

Mənbə: octagon.media

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir