Cəmiyyət

Tovuzda VAZ “Azərişıq”ın yük maşınına çırpıldı: Xəsarət alanlar var – FOTO

Sharing is caring!


Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə rayonun Xatınlı kəndində qeydə alınıb.

Hərəkətdə olan VAZ-21011 markalı minik maşını yol kənarında dayanan “ZİL” markalı yük avtomobilinə çırpılıb.

Qəza zamanı iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki “ZİL” markalı avtomobil “Azərişıq” ASC-yə məxsus olub.

Briqada ötən gün küləyin elektrik enerjisinə vurduğu fəsadları aradan qaldırmaq üçün ərazidə işləyirmiş.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir